
Çedder pendiri ilə lazanya
Çedder pendiri ilə lazanya
Ərzaqlar:
- zeytun yağı – 1 x.q.
- çəkilmiş mal əti – 750 qr.
- soğan – 1 baş
- kərəviz – 2 ədəd
- konservə edilmiş pomidor – 400 qr.
- tomat pastası – 2 x.q.
- provans otları – 1 x.q.
- şəkər tozu – 1 ç.q.
- kərə yağı – 60 qr.
- buğda unu – 3 x.q.
- süd – 750 ml
- hazır qurudulmuş lazanya lavaşları – 375 qr.
- çedder pendiri – 125 qr.
Hazırlanması:
- Sobanı 180*C qızdırın. Zeytun yağının yarısını böyük tavada qızdırıb farşı qızardın. Əti başqa qaba tökün, yerdə qlan yağı tavaya əlavə edib xırda-xırda doğranmış soğan və kərəvizi yumşalana kimi qızardın.
- Əti tavaya qaytarıb pomidor, tomat pastası, ədviyyatlar və şəkər tozu əlavə edib qaynara düşənə kimi qızdırın, sonra alovu azaldıb tavanın qapağını qoyub 20 dəqiqə bişirin.
- Kərə yağını qazanda vam alovda əridin. Un əlavə edib 1 dəqiqə qovurun. Alovdan götürüb tədricən süd əlavə edin. Yenidən alovun üstünə qoyub qaynara düşənə kimi qızdırın, məhlul qarışa-qarışa qatılaşmalıdır. Alovu azaldıb 2 dəqiqə bişirin.
- Odadavamlı formanı yağlayın. Ətli sousun üçdə bir hissəsini tavaya töküb üstünə 1 lay lazanya lavaşı sərin, sonra beşamel sousunun üçdə bir hissəsini tökün. Layları iki dəfə təkrarlayıb üstdən sürtgəcdən keçirilmiş pendir səpin.
- Qızılı rəng alana kimi, 25 dəqiqə sobada qızardın.
Nuş olsun!
Hakkında: Lazanya İtaliya mətbəxinin ənənəvi yeməyidir. Lazanyanın çox çeşidləri var və hər çeşidin özünəməxsus dadı var.
ən son şərh