
Çaxoxbili
Çaxoxbili
Ərzaqlar:
- 2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ
- 1 toyuq (təxminən 1 kg 500 q) – 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
- 4 ədəd orda boy soğan – doğrayın
- 8 ədəd orta boy pomidor – soyun və iri-iri doğrayın
- 3 diş sarımsaq – soyun və xırda-xırda doğrayın
- təxminən yarım stəkan doğranmış göyərti qarişığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
- bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
- duz
- istiot
Hazırlanması:
Directions
- Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
- Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
- Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.
Nuş Olsun!
Hakkında: Qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı Çaxoxbilidir. Çaxoxbili əslində qırqovuldan hazırlanır. Amma müasir Gürcü mətbəxində toyuq ilə əvəz olunur.
ən son şərh