Büzmə paxlava

Büzmə paxlava

Ərzaqlar

  • 2 ədəd yumurta 
  • 1 su stəkanından 1 barmaq az duru yağ 
  • 1 su stəkanı qatıq 
  • 1 yemək qaşığı sirkə 
  • Yarım yemək qaşığı qabartma tozu 
  • 4 su stəkan un 
  • Yarım çay qaşığı duz 
  • Şərbəti
  • 2.5 su stəkan su,
  •  3 su stəkanı şəkər 
  • 1çimdik duz 
  • Bir neçə damcı limon suyu 
  • Üzəri üçün: 
  • 1 su stəkanı duru yağ 
  • Yarım paket marqarin və ya kərəyağ 
  • İçinə qoymaq üçün 
  • fıstıq 
  • xəmiri açmaq üçün: 
  • Nişasta

Hazırlanması

  1. Xəmir ərzaqları ilə yumşaq xəmir yoğurun.
  2. Ununu az az tökün, az gəlsə əlavə edin.
  3. Yumurta böyüklüyündə kündələr edin.
  4. 15, 20 dəqiqə saxlayın.
  5. Nişasta səpərək aça bildiyiniz qədər açın. Nazik olsun.
  6. Açılan xəmiri üstəgəl şəklində 4 yerə bölün.
  7. Hər parçanı sivri ucundan geniş tərəfinə doğru büzərək qatlayın.
  8. Kənarlarda qalan iki uc hissəni birləşdirin.
  9. Büzülən hissəyə fıstıq qoyub aşağıda qalan hissəni üzərinə örtün, tərs çevirib sobaya yerləşdirin.
  10. İlıq yağı üzərinə tökün 170 – 180 dərəcədə sobada qızarana qədər bişirin.
  11. Paxlava soyuq, şərbəti ilıq olsun.

Nuş olsun!

Büzmə paxlava asan hazırlanan şirniyyatdır

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10