Buxara Plovu

Buxara Plovu

Buxara Plovu

Ərzaqlar

  • 2 su stəkanı düyü
  • 2 xörək qaşığı kərə yağı
  • 3 su stəkanı isti su və ya ət suyu
  • 2 orta kök
  • 100 qr fıstıq
  • 1 çay stəkanı kişmiş
  • 1 xörək qaşığı zeytunyağı
  • 1 çay qaşığı duz

Hazırlanması

  1. Düyü isti duzlu suda 10 dəqiqə ıslatılıb saxlanılır.
  2. Daha sonra kişmiş yuyunub ilıq suda 10 dəqiqə gözlədilir və süzülür.
  3. Tavaya 1 xörək qaşığı zeytunyağı töküb fıstıq qovrulur.
  4. Yuyulmamış soyulmuş kökləri kub şəklində doğrayıb fıstıqlara əlavə edilər bir çimdik duz atıb qızartdıqtan sonra kişmişləridə əlavə edilib altı söndürülür.
  5. Düyü süzülür və yuyulur.
  6. Kərə yağı qazana qoyulur əridikdən sonra düyü qatılır.
  7. Bir neçə dəqiqə düyü qovrulur, suyu və duzu əlavə olunur.
  8. Batıq atəşdə yavaş yavaş dəmlənərək bişirilir.
  9. Plov suyunu çəkməyə yaxın qızaran qarnir üzərinə tökülüb qazanın qapağı bağlanır.
  10. 20 dəqiqə saxladıqdan  sonra süfrəyə təqdim edilir.
  11. Qeyd: plova 1 desert qaşığı şəkər tökə bilərsiniz. Həm düyüdə ki xam qoxunu götürür  həmdə ləzzət qatır ..

Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

One Comment

  1. Biz bu plov növünü ilk dəfə bişirdik. Nəticə:ƏLA

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10