
Buritto
Buritto
Ərzaqlar
- 6 əd. lavaş
- 400 qr. toyuq filesi
- 200 qr. düyü
- 2 baş soğan
- 3 əd. bolqar bibəri
- 4 əd. pomidor
- 150 qr. holland pendiri
- göyərti (zövqə görə)
- 1-2 xör.qaş.- ketçub
- duru yağ, duz, istiot
Hazırlanması
- Fileni xırda doğrayın, yağ tökülmüş tavada 10 dəq. qovurun, duz, istiot əlavə edin.
- Doğranılmış pomidor, bibər, soğan, ketçup əlavə edib qarışdırın.
- Tavanın qapağını qapayıb zəif odda daha 5-10 dəq. bişirin.
- Soyuduqdan sonra alınmış kütləyə bişmiş düyü (düyünü qaynadıb suyunu süzün), sürtgəcdən keçirilmiş pendir, göyərti əlavə edin.
- Lavaşların arasına qoyub bükün və pendirin əriməsi üçün mikrodalğalı sobada (yaxud da adi sobada)daha 5-10 dəq. saxlayın.
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh