Bulqur Salatı (Kısır)

Bulqur Salatı (Kısır)

Ərzaqlar:

  • 2 fincan xırda bulgur (Türkiyədə buna köftelik bulqur deyirlər)
  • 2 fincan qaynar su
  • 1 xörək qaşığı tomat pastası
  • 1 xörək qaşığı qırmızı bibər pastası ( acılığı zövqə görə seçilir)
  • 1/3 fincan zeytun yağı
  • 1 orta ölçülü limonun şirəsi
  • 2 xörək qaşığı narşərab
  • ¼ fincan xırda doğranmış baş soğan
  • 1 fincan doğranmış təzə cəfəri
  • ½ fincan doğranmış təzə nanə
  • ½ fincan göy soğan
  • Zövqə görə duz və xırdalanmış quru qırmızı acı bibər
  • Süfrəyə vermək üçün kahı yarpaqları

Hazırlanması:

Birinci olaraq bulqur hazırlanır. Bulquru aşağıdakı 2 üsüldan biri ilə hazırlamaq olar.

1-ci üsul: Bulqur orta ölçülü qaba əlavə olunur. Ayrıca tomat və bibər pastası qaynar suda həll edilir və bulqurun üzərinə tökülür. Sonra isə üzəri qapaqla örtülür. Bulqur suyu tam canınca çəkənə və şişənəcən 20 dəqiqə bir kənarda saxlanılır. Sonra qapaq götürülür. Çəngəl və ya qaşıqla bulqur qarışdırılır.

2-ci üsul: Bulqur orta ölçülü qaba əlavə edilir.Üzərinə çıxana qədər qaynar su tökülür. Qapaqla örtülür. Su bulqura tam hopana və bulqur şişincəyə qədər 20 dəqiqə ərzində ağzı ötülü qabda saxlanılır. Hazır olduqda qarışdırılır. Üzərinə tomat və bibər pastası əlavə edilir.Bütün bunlar əllə yaxşıca qarışdırılır. Daha sonra bura zeytun yağı,limon şirəsi,narşərab qatılır. Doğranmış baş soğan və digər göyərtilər əlavə edilir və qarışdırılır. Zövqə görə üzərinə duz və qırmızı bibər qarışığı vurulur. Hazır salat süfrəyə kahı yarpaqları ilə birlikdə verilir. Nuş olsun!

 

Hakkında: Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Kısırın əsas ərzaqı bulqur və cəfəri olsa da, Türkiyədə hərənin öz kısır resepti var. Reseptlər regionlara görə də dəyişə bilir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10