bulgur sorbasi

bulgur sorbasi

Bulğur Şorbası

Ərzaqlar

  • 1 st bulğur
  • 2 ədəd pomidor
  • 2 ədəd şirin bibər
  • 1 ədəd soğan
  • 2 x.q əridilmiş kərə yağı
  • 1 ç.q pomidor məti (tomat)
  • 1 ç.q nanə qurusu
  • Duz
  • Istiot
  • 6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz. Ət suyu ilə daha dadlı olur)

Directions

  1. Soğanın qabığını soyub yuyub xırda doğrayırıq. Soğana yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq. Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq. Şirin bibəri təmizləyib yuyub xırda doğrayırıq. Pomidor ilə bibəri qovrulmuş soğanın üstünə əlavə edirik. 2-3 dəqiqə keçdikdən sonra pomidor mətini də əlavə edib 2-3 dəqiqə qovururuq.
  2. Bulğuru yuyub yeməyə əlavə edib 5-6 dəqiqə qovururuq. Sonra ət suyunu və suyu əlavə edib bişiririk. Bulğur tam bişdikdə yemək hazır olacaq. Yemək qaynayanda kəfini yığırıq. Yeməyin bişməyinə 10-15 dəqiqə qalmış quru nanəni əlavə edirik. Zövqə görə duz və istiotunu da əlavə edirik. Yeməyimiz hazırdır.Nuş Olsun!

Hakkında:  Bulğur Tür mətbəxində çox sevilir və bir çox yeməklərdə bulgura rast gəlmək olar. Belə yemək növünə yuxarıda göstərdiyimiz reseptdə aiddir.

 

 

 

4 Comments

  1. bilmek isteyerdim ki pilavlik bulgurdan etmek olar?

  2. maraqlidi.bugun bisirecem…bes bunu blenderden kecirsek nece olar?

  3. Bulqur cox dadlidi.yeqin bu reseptde dadli olar.ellerinize saglik

  4. Qovrulmus vermesilden nece sup hazirlanir?zehmet olmasa cavab yazin

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10