
Buğdalı Keks
Buğdalı Keks
Ərzaqlar
- 2.5 stəkan un
- 1 stəkan tahin
- 1.5 stəkan şəkər tozu
- 1 stəkan süd
- 1/2 stəkan duru yağ
- 1 paket qabartma tozu
- 3 ədəd yumurta
Hazırlanması
- 2 xörək qaşığı buğda və 2 xörək qaşığı şəkər tozunu kiçik bir kasada qarışdırın.
- Qalan ərzaqı mikserlə pütürsüz olacaq şəkildə qarışdırıb yağlanmış qəlibə tökün.
- Buğdalı şəkəri şəkilli olaraq keks xəmirinin üzərinə gəzdirin.
- Keks bişdikdən sonra yaranan bu xəttlərdən kəsmək daha asan olacaq.
- Keksi soyuq sobaya yerləşdirin.
- Orta istiliyə nizamlayıb 20-25 dəqiqə bişirin.
- Qeyd: Bu keksi bişirərkən sobanın soyuq olmasına xüsusilə diqqət edin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, buğdalı keksiniz yupyumuşaq olacaq
Nuş Olsun!
2 Comments