Brownie pizzaları

Brownie pizzaları

Ərzaqlar

  • Brownie üçün:  
  • 100 gr kərəyağ (otaq temperaturunda yumşaq) 
  • 140 gr şəkər 
  • 4 ədəd yumurta 
  • 1 paket vanil 
  • 2 çimdik duz 
  • 300 gr tünd şokolad (ərimiş) 
  • 90 gr un 
  •  Kremi üçün:
  • 6 yemək qaşığı labne pendiri
  • 4 yemək qaşığı kərəyağı (otaq temperaturunda yumşalmış)
  • 120 gr (3/4 su stəkanı) pudra şəkəri
  • 1 çay qaşığı vanil
  • Fəsil meyvələri

Hazırlanması

  1. Sobanızı 180 dərəcədə isidin.
  2. Soba qabının içini duru yağ ilə yağlayın və kənarlarına çıxacaq şəkildə yağlı kağız kəsərək yerləşdirin.
  3. Yumşaq kərəyağ və şəkəri mikserlə 3 dəqiqə çalın.
  4. Yumurtaları tək tək aralarda çırpmaqla əlavə edin.
  5. Duz və əridilib soyudulmuş şokoladı tökün.
  6. Vanili və unu da əlavə edib çalın və qaba töküb yayın.
  7. Sobada 15 dəqiqə bişirin.
  8. Çıxarıb soyutduqdan sonra dairəvi qəliblərlə kəsin.
  9. Mikser qabında kərəyağ və labne pendirini rəngi açılıb ağarana qədər çalın.
  10. Pudra şəkərini və vanili da əlavə edin və kremi çalmağa davam edin.
  11. Dairəvi brownie’lərin üzərinə sürtün və fəsil meyvələri ilə bəzəyərək servis edin.

Nuş olsun!

Brownie pizzaları sevə sevə hazırlayacağınız şirniyyatlardandır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10