Bozartma

Bozartma

Bozartma

Ərzaqlar

  • 500-700 q yağlı qoyun əti,
  • 4 əd soğan,
  • 5 əd pomidor,
  • 3 x.q şüyüd və keşniş,
  • qara istiot (dən yaxud döyülmüş)
  • duz

Hazırlanması

  1. Kiçik tikələrlə doğranmış qoyun ətinin üzərinə soyuq su tökülür və qoyulur qaynamağa, üzünə çıxan kəfi yığılır.
  2. Təxminən 1.5 saat qaynamalıdır.
  3. Sonra qoyun əti odun üzərindən götürülür, öz yağında (bulyondan yığılmış) yarımhalqa şəkilində doğranmış soğanla bir yerdə qovurulur
  4.  Xırda doğranmış pomidorlar və yaşıl bolqar bibəri əlavə edib, onların şirəsi çıxana qədər qovururuq. Sonra üzərinə süzülmüş bulyonuda tökürük, duz istiot vurub qoyuruq birazda qaynasın.
  5. Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti səpilir.

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!

 

 

2 Comments

  1. Bozartmani bes mal eti ilede biwirmek olmur?

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10