Böyürtkənli cheesecake

Böyürtkənli cheesecake

Ərzaqlar

  • 1, 5 paket peçenye

     

  • 75 gr kərəyağı

     

  • 2 yemək qaşığı süd

     

  • Dolqusu üçün:

     

  • 3 yumurta

     

  • 1 su stəkanı şəkər

     

  • 1 su stəkanı krem

     

  • 400 qr labne pendiri

     

  • Sosu üçün:

     

  • Böyürtkən sosu

Hazırlanması

  1. Peçenyeləri xırdalayaraq toz halına salırıq.qarışdırma qabına qoyuruq.
  2. Üzərinə südü də əlavə edirik.Kərəyağını əridirik və peçenyelərin üzərinə tökərək qarışdırırıq.
  3. Bu qarışımı da tökürük basıb sıxırıq.
  4. Dolqusu üçün, yumurtaları qarışdırma qabına qırırıq.
  5.  Şəkəri tökürük və çırpma qaşığı ilə qarışdırırıq.
  6. Kremi, labne pendirini qoyuruq.Qarışdırmağa davam edirik.
  7. Peçenyenin üzərinə dolqunu tökürük.əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyuruq.
  8. Cheesecake şişəndə dərəcəni 160-a salırıq.
  9. Cheesecake bişəndə sobanı söndürürük və sobanın içində qapağı qapalı şəkildə soyumağa qoyuruq.
  10. Soyuyanda sobadan götürüb mümkünsə 1 gecə şkafda gözlədib sosu töküb servis edirik.

Nuş olsun!

Böyürtkənli cheesecake asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10