
Böyürtkən souslu limonlu keks
Ərzaqlar
- 400 gr labne pendiri
- 2 limon qabığı rəndəsi
- 1/2 limon suyu
- 1 paket krem
- 1 stəkan şəkər
- 4 yumurta
- 1,5-2 paket peçenye
- 80 gr kərəyağı
- 1 yemək qaşığı süd
- Üzəri üçün:
- 500 gr böyürtkən
- yarım stəkan şəkər
- 1/2 yemək qaşığı nişasta
Hazırlanması
- Peçenyellər blenderdə çəkilir içərisinə əridilən kərəyağ və süd əlavə edilərək qarışdırılıb xəmir əldə edilir.
- Sonra xəmir soba qabına sərilir.
- 10 dəqiqə soyuducuda saxlanılır.
- Daha sonra 180 dərəcəlik sobada 10-15 dəqiqə bişirilir.
- Şəkər və yumurta ağ olana qədər qarışdırılır.
- labne və krem, limon qabığı və suyu əlavə edilərək ərzaqlar qarışana qədər çırpılır.
- Qəlibə tökülür və 140 dərəcəlik sobada 1,5 saat bişirilir.
- Bişən cheesecake otaq temperaturuna çatanda soyuducuya qoyulur.
- Böyürtkənlər qaba qoyulub və üzərinə şəkər əlavə edilir, bişirilir. az bir miqdar su ilə qarışdırılan nişasta əlavə olunaraq bişirilir.
- Sous cheesecake-in üzərinə əlavə olunur.
- Qabdan çıxarılıb üzərinə təzə böyürtkənlər əlavə olunur.
Nuş Olsun!
Böyürtkən souslu limonlu keks dadından doymayacağınız şirniyyatdır.
ən son şərh