borsch

borsch

Borş (Borsch)

Ərzaqlar

  • 1 kq mal əti
  • 500 qr kartof
  • 300 qr təzə kələm
  • 400 qr çuğundur
  • 200 qr kök
  • 200 qr soğan
  • 3 x.q. “Bizim Tarla” tomat pastası
  • 1 ç.q. 6%-li sirkə
  • 2-3 diş sarımsaq
  • 2-3 dəfnə yarpağı
  • Cəfəri
  • Azərduz yodlu narın xörək duzu, istiot
  • Bitki yağı
  • Zövqə görə göyərti

Hazırlanması

  1. Borşun tərkibi 4 litr tutan qazana görə hazırlanmışdır. Ətin üzərinə su tökülüb 1,5 saat qaynadılır. Sonra qaynadılmış ət kiçik tikələrə ayrılır. Kələm şəkildəki ölçüdə doğranır. Soğan xırda-xırda doğranır. Çuğundur da çubuq şəklində doğranır. Kartof küp şəklində doğranır. Əvvəlcə çuğundur bitki yağında qızardılır.
  2. Sirkə,tomat suyu əlavə edib 5-7 dəqiqə bişirilir. Bitki yağında soğan qovrulur. Kök əlavə olunub yenə qovrulur. Qaynayan bulyona kartof əlavə olunub duzlanır. Bulyon qaynamağa başladıqda kələm əlavə olunub 5 dəqiqə bişirilir. Çuğundur əlavə edib daha 10 dəqiqə bişirilir. Soğan və kök əlavə olunur.
  3. rdından dəfnə yarpağı və cəfəri əlavə olunur,duz və istiot vurulur. Sarımsaqəzənlə sarımsaq əlavə olunur,2-3 dəqiqə bişdikdən sonra ocaqdan alıb 15-20 dəqiqə saxlanır. Hazır borşu servis edərkən üzərinə zövqə görə xama və göyərti qoyulur.

    Nuş olsun!

Hakkında:  Rusların milli şorbası dedikdə borş yada düşür. Bu yemək növü Ukraynadada çox məhşurdur.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10