Boranılı Mannik

Boranılı Mannik

Ərzaqlar

  • 1 ədəd boranı
  • 250 qram turş qatıq
  • 1,5 su stəkanı şəkər
  • 1,5 su stəkanı mannı yarması
  • 1 paket qabartma tozu
  • 1 ədəd limon
  • 0,5 su stəkanı su
  • 100  qram kakos ovuntusu

Hazırlanması

  1. Boranının qabığını təmizləyin və sürtgəcdən keçirib bir dərin qaba əlavə edin.
  2. 2 su stəkanı kifayətdir.Üzərinə  qatıq 0,5 su stəkanı şəkər, mannı yarması, qabartma qatın.
  3. Limonun qabığını sürtgəcdən keçirin və boranı qarışığına əlavə edin.
  4. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Dairə formasındakı soba qabını yağlayın və boranı qarışığını ora əlavə edin.
  5. 40-45 dəqiqə sobada bişirin.
  6. Mannik bişənə qədər siropu hazırlayın 1 su stəkanı şəkər,  0,5 su stəkanı su və limonun şirəsini aşağı odda 3 dəqiqə qaynadın və piroq bişdikdə üzərinə əlavə  edin.

Nuş Olsun!

Boranılı mannik hərkəsin ağız dadına uyğun şirniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10