bolqar bibərli toyuq salatı

bolqar bibərli toyuq salatı

Bolqar Bibərli Toyuq Salatı

Ərzaqlar

  • 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
  • 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
  • 1 ədəd qabığı soyulmuş xiyar
  • (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
  • 2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
  • 1 ədəd yaşıl Bolqar bibəri
  • 1 ədəd qırmızı Bolqar bibəri
  • 1 ədəd sarı və ya narıncı Bolqar bibəri
  • zövqə görə xırda doğranmış şüyüt
  • zövqə görə duz
  • zövqə görə istiot
  • 4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması

  1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.
  2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.
  3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.
    Nuş Olsun!

 

 

One Comment

  1. BU SALAT QARGIDALI ILE DE COX DADLI OLUR

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10