Bizeli limonlu piroq
Ərzaqlar
- Tərkibi:
- 220 qram un
- 110 qram kərə yağı
- 1 yumurta sarısı
- 50 qram şəkər pudrası
- İçlik üçün:
- 250 qram süd
- 30 qram şəkər pudrası
- 3 yumurta sarısı
- 30 qram nişasta
- 1 limon şirəsi
- 2 limonun qabığı
- Bize üçün:
- 5 yumurta ağı
- 250 qram şəkər pudrası
Hazırlanması
- Unu yağ ilə döyün. Üzərinə yumurta sarısı şəkər pudrasını əlavə edib xəmiri hazırlayın. Kündələyib 30-40 dəqiqə soyuducuya qoyun.
- Kremi hazırlamaq üçün 2 limon qabığın sürtgəcdən keçirdin, birinin şirəsin sıxın.
- Südə şəkəri əlavə edin və odda qızdırın (qaynamasın).
- Yumurta sarısını nişasta ilə qarışdırın.
- Üzərinə südlü qarığışı yavaş-yavaş əlavə edərək qazda qaynayanadək qarışdırın. 5 dəqiqə qarışdırmağa davam edərək bərkiməyini gözləyin.
- Krem soyuduqdan sonra limon şirəsi və qabığını əlavə edin.
- Xəmiri katalka ilə yayıb soba qabına elə yerləşdirin ki, qabın yanların da örtsün.
- Xəmiri çəngəl ilə bir neçə yerdən deşin.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
- Yumurta ağını şəkər ilə köpük halınadək çalın.
- Hazırladığınız bize xəmirinin yarısını kremə əlavə edin və aşağı odda 5 dəqiqə qarışdırın.
- Kremi xəmirin üzərinə əlavə edib hər tərəfə bərabər yayın.
- Qalan bize xəmirini kremin üzərinə əlavə edin.
- Yenidən sobaya qoyub 20-25 dəqiqə üsdü qəhvəyi rəng alanadək bişirin.
- İncə dadlı bizeli limonlu piroq bütün bayram süfrələrinin bəzəyidir.
Nuş Olsun!
ən son şərh