Bizeli cemli piroq

Ərzaqlar

  • 200 qram kərə yağı
  • 200 qram şəkər tozu
  • 3 yumurta
  • 3,5 su stəkanı un
  • Mövsümə uyğun cem
  • 100 qram qoz
  • 1 paket qabartma tozu
  • 1 paket vanel

Hazırlanması

  1. Yumurtanın ağın sarıdan ayırın.
  2. 100 qram şəkərlə yumurtanın ağın mikserlə bize halına gələnə qədər çalın.
  3. Ayrı qabda yağla şəkəri əllə qarışdırın. (yağ öncədən yumşalmış formada olmalıdır.)
  4. Yumurtanın sarısın əlavə edin və yenidən qaşıqla qarışdırın.
  5. Qabartma tozu və vaneli unla qarışdırın  və xəmirə əlavə edin. Yumşağ xəmir alınmalıdır.
  6. Soba qabını yağlayın və xəmirə ora əllə yayın.
  7. Qozu xırda-xırda doğrayın və xəmirin üzərinə əlavə edin.
  8. İstədiyiniz cemi  xəmirin üzərinə  tökün və hazırladığınız bizeni xəmirin  hər tərəfinə  yayın.
  9.  Öncədən 180 dərəcə qızdırılmış  sobada 30 dəqiqə bişirin.
  10. Soyuduqdan sonra doğrayıb serviz edə bilərsiniz.

Nuş Olsun!

Cem mövsümə görə dəyişə bilər.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10