Bişmiş südlü, kremli bilinçikli tort

Bişmiş südlü, kremli bilinçikli tort

Ərzaqlar

  • 1 litr süd

     

  • 2 xörək q. şəkər

     

  • 3 yumurta

     

  • 4  xörək q. duru yağ

     

  • 1 çimdik duz

     

  • 400 qram un

     

  • 1 çay q. çay sodası

     

  • Krem:

     

  • 1 banka bişmiş süd

     

  • 30 qram kərə yağı

     

  • 100 qram xama

Hazırlanması

  1. Yumurtanı şəkər və duz ilə  ağaranadək çalın.
  2. Südü əlavə edin və qarışdırın və hissə-hissə unu əlavə edin.
  3. Sonda duru yağ və sodanı əlavə edin və kənara qoyun ki, özünü tutsun.

     

  4. Kremi hazırlayın.
  5. Bunun üçün bişmiş südlə kərə yağını çalın və xamanı əlavə edib qarışdırın.
  6. Kremi soyuducuya qoyun.
  7. Bliniləri hazırlamaq üçün tavanı odda isidin, duru yağ ilə yağlayın.
  8. Bir qaşıq xəmirdən tavaya tökün yayın və iki tərəfli bişirin.
  9. Bu qayda ilə bliniləri hazırlayın.
  10. Kremi soyuducudan götürün və bliniləri kremliyib üst-üstə düzün.
  11. Öz zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10