Beşamel Souslu Makaron

Beşamel Souslu Makaron

Beşamel Souslu Makaron

z

Ərzaqlar

  • Yarım paket “borucuq” makaron
  • 1 kasa doğranmış parmezan pendiri 
  • Beşamel sousu üçün:
  • 1/2 xörək qaşığı kərə yağı
  • 1,5 xörək qaşığı un
  • 1 stəkan süd
  • Duz
  • Qara bibər
  • Döyülmuş muskat
  • Ət sousu üçün:
  • 200 qram çəkilmiş qoyun əti
  • 1 baş doğranmış soğan
  • 1 xörək qaşığı yağ
  • 1 xörək qaşığı tomat
  • 1 ədəd doğranmış pomidor
  • 1/2 incə doğranmış cəfəri
  • Duz
  • Qara bibər
  • Müxtəlif ədviyyatlar

Hazırlanması

  1. Tavaya bir qədər su töküb qaynadın, makaron və duz atıb yaxşıca bişirin.
  2. Başqa qabda isə bir tavaya azacıq kərə yağı tökün, incə doğranmış soğan tökün, qoyun ətini əlavə edin, bişənə qədər qovurun.
  3. Bir qədər su əlavə edin, ədviyyatları və duzu töküb qarışdırın, ən axırda cəfərini əlavə edin.
  4. Bişmiş makaronun suyunu süzün, makaronları yağlanmış şüşə qaba dzün. Makaronların bir-birinə yapışmaması üçün yumurta, parmezan pendiri və ya holland pendirindən istifadə edə bilərsiniz.
  5. Yaxud da bir yumurta sındırıb çalın, makarona qatın və onları düzün.
  6. Makaronların hamısını düzəndən sonra aralarını və içlərini çay qaşığı ilə ahəstə şəkildə doldurun, qalan ətli sousu üzərinə tökün.
  7. Beşamel sousu üçün də tavaya kərə yağı atın, un əlavə edin, sonra yavaş-yavaş süd töküb qarışdırın.
  8. Məhlulun bircinsli olması üçün duz, qara bibər və muskat əlavə edərək qarışdırın.
  9. Alınmış sousu sonra ətli sousun üzərinə tökün, axırda doğranmış holland pendiri əlavə edin.
  10. Bütün bunları sobaya qoyun, üstü qızarana qədər bişirin, bişəndən sonra şüşə qabdan çıxarın. 

Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10