Bayat keksdən tort

Bayat keksdən tort

Ərzaqlar

  • 10 dilim qədər bayat keks 
  • 2 yemək qaşığı kakao 
  • 3 yemək qaşığı şəkər 
  • 1 çay qaşığı darçın 
  • 1 rəndələnmiş portağal qabığı 
  • 1 su stəkanına yaxın süd 
  • Arası üçün:
  • 1 qutu sadə  krem şanti 
  • 1.5 çay stəkanı süd  
  • Üzəri üçün:
  • əridilmiş tünd şokolad

Hazırlanması

  1. Keksləri bir qabın içində xırdalayın.
  2. Kakao, portağal qabığı, şəkər və darçını əlavə edib qarışdırın.
  3. Südü az az əlavə edərək qarışıma forma verə bilərsiniz.
  4. Qarışımdan bir hissə götürüb əlinizdə yumrulayın.
  5. Keks xəmirini iki sıra streç sərilmiş stolun üzərinə töküb əlinizlə düzədin və oxlovla 4bucaq şəklində açın.
  6. Krem şantini südlə qarışdırın və arasına çəkin.
  7. Streçin köməyi ilə rulon edin.
  8. Streçi üzərinə örtüb soyuducuya qoyun.
  9. Servis edən zaman dilimləyib şokolada batırıb servis edə bilərsiniz.

Nuş olsun!

Bayat keksdən tort meyvəli darçınlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10