
Basdırma Kabab
Basdırma Kabab
Ərzaqlar
- Adam başına – 300 qram mal əti
- Baş soğan – 1 ədəd
- Nar – 15 qram
- Kərə yağı – 5 qram
- Cəfəri – 10 qram
- Duz, istiot
Hazırlanması
- Basdırma kabab üçün təxminən 35 – 40 qramlıq tikələrdən doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, istiot, nar qatılaraq hamısı birlikdə qarışdılır və 3 – 4 saat ərzində soyuq yerdə saxlanılır.
- Lazım gəldikdə ət tkələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın dadı daha xoş olsun deyə, onu bişirməzdən əvvəl kərə yağına salmaq, çıxartmaq məsləhət görülür.
- Kabab bişirilib süfrəyə veriləndə yanına soğan, limon yaxud şişdə bişirilmiş pomidor, sumaq,
- istiot və duz qoyulur.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!
ən son şərh