Bananlı şirniyyat

Bananlı şirniyyat

Ərzaqlar

  • 1 litr süd 
  • 1 su stəkanı şəkər tozu 
  • 1 su stəkanı un 
  • 1 paket vanil 
  • 1 paket sana yağının 5/2 si 
  • 1 paket kakaolu peçenye 
  • 4 ədəd kiçik orta ölçüdə banan

Hazırlanması

  1. Peçenye ən xırda olana qədər xırdalanır.
  2. Sini qaba boş yer qalmayacaq şəkildə sərilir.
  3. Sobaya qoymadan əvvəl qazanda süd və şəkəri köpüklənənə qədər qarışdırın.
  4. Sonra un da əlavə olunaraq qarışdırılmağa davam edilir.
  5. Sonra sobaya qoyulur, tez –tez qarışdırılır, qaynamağa başlayanda vanil və sana yağı qoyulur, qarışdırılmağa qabarcıqlar olana qədər davam etdirilir.
  6. Qabarcıqlar yarananda soba söndürülür.
  7. 3 dəqiqə daha qarışdırılıb sini qaba sərilir.
  8. Sərin bir yerdə yarım saat gözlədilir.
  9. Qabda 8 bərabər parçalara kəsilir, parçaların ortasına ikiyə böldüyümüz  bananlar yerləşdirilib rulon şəklində bükülür.
  10. İstəkdən asılıdır, həmin dəqiqə də yeyilə bilər, yarım saat gözlədilib də yeyilə bilər.

Nuş olsun!

Bananlı şirniyyat asan hazırlanan şirniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10