
Bananlı Karamelli desert
Bananlı Karamelli desert
Ərzaqlar
- 3 ədəd yumurta
- 1 su stəkanı şəkər tozu
- 1 çay stəkanı süd
- 1 çay stəkanı duru yağ
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 1 şorba qaşığı kakao
- 2 şorba qaşığı şokolad
- 1 çay stəkanı fındıq (doğrayıcıdan keçirilmiş)
- 4 şorba qaşığı dolusu un
Üzəri Üçün; - 1 paket krem
- 1 çay stəkanı şəkər tozu
- 3 ədəd banan
Hazırlanması
- Keksi hazırlamaq üçün keks qəlibindən və yaxudda yumru bir şüşə nimçədən də istifadə edə bilərsiniz.
- Keksi hazırlamamışdan qabaq qəlibin içini yumşaq marqarin ilə yağlamaq lazımdır.
- Xəmiri hazırlamamışdan qabaq doğrayıcının köməyi ilə bir qədər fındıq doğrayıb qəlibin içinə boşaldıb bir kənara qoyuruq…
- Artıq keksi hazırlamağa başlaya bilərsiniz. Əvvəl yumurtaları bir qaba qırıb qarışdırırıq.
- Üzərinə 1 su stəkan həcmində şəkər əlavə edərək, mikser köməyiylə qarışdırmağa başlayırıq.
- Yumurta və şəkər ağardıqdan sonra üzərinə süd və duru yağ əlavə edirik.
- Sonra isə üzərinə kakao əlavə edib qarışdırmağa davam edirik.
- Daha sonra üzərinə ələk köməyi ilə vanil, qabartma tozu və 4 şorba qaşıq həcmində un əlavə edərək qarışdırmağa davam edirik.
- Keks xəmirimiz axıcı bir vəziyyətdə olmalıdır.
- Sonra hazırladığımız xəmiri içində doğranılmış fındıq olan qəlibin içinə boşaldırıq…
- Daha sonraisə üzərinə damla şokoladı səpirik. Sonra isə əvvəlcədən isidilmiş olan180 dərəcəlik sobaya bişməsi üçün qoyuruq.
- Başqa bir tərəfdə isə karamel hazırlamağa başlayırıq.
- Polad bir tavaya 1 çay stəkan həcmində şəkər boşaldıb, ocağa əriməsi üçün qoyuruq.
- Toz şəkəri əriyib, rəngi qəhvəyi olduqdan sonra, üzərinə 1 çay stəkan həcmində kremi boşaldırıq.
- Taxta qaşıqla möhkəmcə qarışdırırıq. Qarışımı az istilikdə qaynatdıqca şəkər yavaş yavaş əriyəcək.
- Artıq sobadakı keksi sobadan götürürük.
- Bananları dilimliyib keksin üzərinə səliqə ilə düzürük.
- Ən sonda isə üzərinə hazırladığımız Karameli tökərək keksimizi hazır hala gətiririk..
ən son şərh