Bananlı kəsmikli desert

Bananlı kəsmikli desert

Ərzaqlar

  • 2 ədəd banan 
  • 3 xörək q. 15%-li xama 
  • 6 xörək q. şəkər 
  • 200 qram şokolad 
  • 4 xörək q. küncüt 
  • 1 çay q. vanil 
  • 1 xörək q. portağal qabığı 
  • 600 qram 5%-li kəsmik

Hazırlanması

  1. Kəsmik, şəkər, vanil və sürtgəcdən keçirilmiş portağal qabığını mikserlə çalın.
  2. Bu krem 2 banan üçün nəzərdə tutulub.
  3. Kremi 4 hissəyə bölün və düz qaba banan formasında yayın, üstünə qabığı təmizlənmiş banan qoyun və yenidən üstünə krem elə tökün ki, bananların hər tərəfi kremlə örtülsün.
  4. Şokoladı  su vannasında əridin və kəsmikli qarışıqlı bananların üstünə tökün.
  5. Üstünə xırdalanmış küncüt və ya sürtgəcdən keçirilmiş qoz səpin.
  6. Soyuducuya qoyub soyumasını gözləyin.
  7. Banan ətirli belə desertlə səhər isti çay içmək insanın bütün gün əhvalını yüksək edir.

Nuş olsun!

Bananlı kəsmikli desert şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10