
banana-flambe
Bananlı Flambe
Ərzaqlar
- 1 çay stəkanı şəkər tozu
- 1 ədəd portağalın sıxılmış suyu (1 çay stəkanı qədər)
- 1 çay qaşığı kərə yağı
- 2-3 ədəd banan (qabıqları soyulub dilimlənmiş)
- ½ çay stəkanı banan likörü (flambe etmək üçün)
- Dondurma və istədiyiniz bəzəmə materialları (karamel və ya şokoladlı sous, toz fıstıq, və s.)
Hazırlanması
- Şəkər tozu dərin və geniş bir tavaya alınır.
- Şəkər əriyib karamel rəngini alana qədər qarışdırılar.
- Yaxşıca karamel rəngini alınca portağal ya da limon suyu sonra da kərə yağı əlavə olunub qarışdırılar.
- Hazırlanan karamel sousa dilimlənmiş bananlar əlavə olunub, tava yellənərək bananla sous yaxşıca qarışdırılır.
- Bu mərhələdə likör əlavə olunub flambe (alovlandırma) edilə bilər. Likör yavaşca tavaya əlavə olunur və alovlanınca ocaqdan alınar.
- Flambe edilərkən tavada uzaq dayanılması, ətrafda alov ala biləcək əşyaların olmaması lazımdır. Alovlar qısa olacaq.
- Karamel olmuş bananlar ılıqlaşınca dondurma və istənilən souslarla birlikdə xidmət edilir.
Hakkında: Yüngül, asan şirniyyat növüdür. Yaz aylarının mükəmməl desertlərindən sayılır.
ən son şərh