
Banandan hazırlanan dondurma
Ərzaqlar
- 150 qram yağlı qaymaq
- 3 ədəd banan
- Şəkər zövqə görə
Hazırlanması
- Bananları qabıqdan təmizləyin və dilim formasında doğrayın.
- Bledrlə bananı, şəkəri zövqə görə, bir az da qaymaqla püre forması alana qədər çalın.
- Çala-çala qaymağın qalanını əlavə edin.
- Bir dərin qaba tökün və buz dolabında 3-4 saat saxlayın.
- Banan dondurmanız tam donduqda xüsusi dondurma hazırlayan qaşıqla şariklər hazırlayıb servis edəcəyiniz qaba yığın.
- Yanına istənilən giləmeyvə və ya meyvə dilimləri qoymaq olar.
Nuş olsun!
Banandan hazırlanan dondurma tez hazırlanan şirniyyatdır.
ən son şərh