Balqabaqlı peçenyeli tort

Balqabaqlı peçenyeli tort

Ərzaqlar

  • 1 paket peçenye

     

  • Yarım çay stəkanı su

     

  • 1,5 su stəkanı şəkər

     

  • 2 kq balqabaq

     

  • Kremi üçün:

     

  • Yarım su stəkanı şəkər

     

  • 1 paket vanil

     

  • 1 yemək qaşığı un

     

  • 1,5 su stəkanı su

     

  • Üzəri üçün:

     

  • Döyülmüş qoz

Hazırlanması

  1. Balqabağın qabığını soyun və dilimləyin, yuyun və bir qazanın içinə suyunu süzüb əlavə edin.
  2. Balqabaqların üzərinə də yarım su stəkanı suyu və şəkəri əlavə edib qazanı qaza qoyun.
  3. Qazanın qapağını bağlayın və balqabaqlar yumşalana qədər bişirin. yumşaldıqdan sonra çəngəl ilə əzin, püre halına gətirin.
  4. Peçenyeləri xırdalayın.
  5. Peçenye qırıntılarını balqabaq püresinə əlavə edib qarışdırın.tortun kremi üçün südü bir qazana töküb vanili, unu və şəkəri əlavə edin, qarışdıraraq bişirin.
  6. Krem bişib qabaranda soyuması üçün  qazanı götürün.

     

  7. Krem soyuduqdan sonra mikser ilə çırpıb tortu bəzəməyə keçirik.
  8. Keks qabına ilk öncə balqabaqlı peçenyeli qarışımın yarısını tökün, düzləşdirin və üzərinə kremi yayın.
  9. Yenə üzərinə qarışımın qalanını tökün.
  10. Üzərinə xırdalanmış qozu səpib soyuması üçün soyuducuya qoyun.
  11. Tortu 1 gecə saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Balqabaqlı peçenyeli tortun hazırlanması xüsusi diqqət və zaman tələb edir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10