Balqabaqlı dietik mannik

Balqabaqlı dietik mannik

Ərzaqlar

  • 600 qram balqabaq 
  • 50 qram mannı yarması 
  • 250 qram kəsmik 
  • 3 yumurta 
  • 1 çimdik darçın 
  • Şəkər əvəzedici zövqə görə

Hazırlanması

  1. Balqabağı təmizləyin.
  2. Xırda formada doğrayın və qazana qoyun, üstünə 150 qram su tökün və 20-30 dəqiqə  odda yumşalana qədər bişirin.
  3. Başqa qabda yumurtanı mikserlə çalın.
  4. Kəsmiyi əlavə edib çalmağa davam edin.
  5. Şəkər əvəz edici zövqə görə əlavə edin.
  6. Bunu balla da əvəz etmək olar.
  7. Mannı yarmasını, darçını, yumurtaya əlavə edin və balqabaq ilə bunları yaxşı qarışdırın. 
  8. Soba qabına yağlı kağız qoyun.
  9. Balqabaqlı kütləni qaba  tökün.
  10. Əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 40-50 dəqiqə qızılı rəng alana qədər bişirin.

Nuş olsun!

Balqabaqlı dietik mannik şirniyyatı tez hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10