Balqabaqlı ağ şokoladlı peçenyelər

Balqabaqlı ağ şokoladlı peçenyelər

Ərzaqlar

  • 115 gr (1/2 su stəkanı) kərəyağı
  • 50 gr (1/4 su stəkanı) qəhvəyi şəkər
  • 100 gr (1/2 su stəkanı) şəkər tozu
  • 1 yemək qaşığı vanil
  • 86 gr (6 yemək qaşığı) balqabaq püresi
  • 190 gr (1,5 su stəkanı) un
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1,5 yemək qaşığı darçın
  • 1 yemək qaşığı qarışıq balqabaqlı keks ədviyyatı
  • 90 gr (1/2 su stəkanı) kiçik parçalanmış ağ şokolad
  • qurabiyələri bulamaq üçün;
  • 100 gr (1 su stəkanı) şəkər
  • Yarım yemək qaşığı darçın

Hazırlanması

  1. Kərəyağını əridin. (isti olmasın).
  2. Bir qabda kərəyağ, qəhvəyi və toz şəkəri qarışdırın.
  3. Vanili və balqabaq püresini də əlavə edin və qarışdırın.
  4. Bir qabda un, qabartma tozu, duz, darçın və qarışıq ədviyyatı tökün.
  5. Kərəyağlı qarışıma əlavə edin.
  6. Xəmir halına gələndə ağ şokoladları da əlavə edin.
  7. Xəmiri yarım saat soyuducuda saxlayın.
  8. Kiçik bir qabda qurabiyə toplarını bulamaq üçün toz şəkər və darçını qarışdırıb hazırlayın.
  9. Sobanızı 180 dərəcədə isitməyə başlayın.
  10. İki ədəd soba qabına yağlı kağız sərin.
  11. Xəmiri soyutduqdan sonra xəmirdən 1,5 yemək qaşığı götürün, əlinizlə yumrulayın və darçınlı şəkərə bulayıb soba qabına bütün topları aralarında boşluq qalacaq şəkildə düzün.
  12. Üzərlərini çox yüngül sıxın və sobaya qoyun. sobada 8-10 dəqiqə bişirin.
  13. Sobadan çıxaranda üzərlərinə ağ şokolad parçaları səpin.

Nuş olsun!

Balqabaqlı ağ şokoladlı peçenyelər darçın sevənlərin şirniyyatıdır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10