Ballı peçenye

Ballı peçenye

Ərzaqlar

  • 3 fincan un

     

  • 1 yemək qaşığı qabartma tozu

     

  • 1 çay qaşığı duz

     

  • 1 fincan süd

     

  • ¼ fincan bal

     

  • ¾ fincan soyuq kərə yağı

Hazırlanması

  1. sobanı 200 dərəcədə qızdırın və tavaya perqament kağız sərin. Orta ölçülü bir kasada unu qabartma tozunu ve duzu qarışdırın. Kiçik bir kasada isə südü və balı tam qarışanacan qarışdırın.
  2. Yağı parçalara bölərək unun içine atıb kiçik dənəcikli formada olanacan əzişdirin sora üzərinə ballı südü əlavə edib quru hissə qalmayanadək qarışdırın.
  3. Bir lövhənin üzərini unlayıb xəmiri yaymağa başlayın. Yaydiqdan sonra qatlayıb bir de yayın və bu prosesi 3 dəfə təkrar edə bilərsiz. Sonra peçenye kəsən ilə istədiyiniz ölçüdə və formada peçenyelər kəsə bilərsiniz və təkrar xəmiri qatlayıb yayaraq yenə kəsə bilərsiniz.
  4. Hazır peçenyeləri tavaya düzün. əgər peçenyelərin kənarının yumuşaq olmasını istəyirsinizsə bir birinə toxunacaq səkildə tavaya düzün, ama əgər sərt olmasını istəyirsinizsə tavaya arali olaraq düzün.
  5. əgər istəsəniz peçenyenın üzərinə firça ilə süd yağ və ya krem sürtə bilərsiniz. 200 dərəcəli sobada üzəri qizaranadə 12-14 dəqiqə bişirin.

Nuş Olsun!

Ballı peçenye əvəzolunmaz dada malikdir.

 

One Comment

  1. Bal evezine varenniyada vurmaq olar-_-

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10