Ballı lavandalı peçenye

Ballı lavandalı peçenye

Ərzaqlar

  • 1 fincan yağ

     

  • ½ fincan şəkər

     

  • 3 yemək qaşığı bal

     

  • 2 fincan un

     

  • Bir çimdik duz

     

  • 2 çay qaşığı qurudulmuş lavanda

Hazırlanışı

  1. Dərin bir qabda yağ, şəkər və balı tamam yüngül və hamar forma alanacan mikserlə çalın.
  2. Unu, duzu və lavandanı əlavə edib tam qarışanacan yaxşıca qarışdırın.
  3. 2 ədəd plastik və ya perqament kagız götürüb xəmiri yarı bölərək onların üstünə yayın.
  4. Kağızın kənarlarında qatlayaraq xəmiri düz uzunsov formada kağızın arasında yerləştirin və 30 dəqiqə buzluqda ya da 2 saat ərzində tamam bərkiyənəcən soyuducuda saxlayın.
  5. Sobanı 165 dərəcə isidin. Xəmiri soyuducudan cıxarıb dilimləyin və azca yağlanmış tavada 15-20 dəqiqə, üstü saralanacan  bişməyini gözləyin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

Ballı lavandalı peçenye asan hazırlanan peçenyedir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10