Ballı kremli bananlı kekslər

Ballı kremli bananlı kekslər

Ərzaqlar

  • 240 qram un
  • 150 qram şəkər
  • 1 çay q. qabartma tozu
  • Bir çimdik duz
  • 120 qram kərə yağı
  • 4 yumşaq banan
  • 2 yumurta
  • 1 çay q. vanil 
  • Qlazur üçün:
  • 100 qram kərə yağı
  • 200 qram şəkər tozu
  • 1 xörək q. bal
  • 1/8 çay q. üyüdülmüş darçın

Hazırlanması

  1. Bir qabda unu qabartma tozu ilə qarışdırıb üstünə şəkər, duz əlavə edin.
  2. Kərə yağı ilə yumurtanı başqa qabda çalın.
  3. Bananları qabıqdan təmizləyib pure halına gələnə qədər çəngəl ilə əzin və yağla yumurta qarışığına əlavə edin.
  4. Bu qarışığı una qatıb qarışdırın.
  5. Keks qablarını yağlayın və xəmiri qablara bölüşdürün.
  6. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə bişirin.
  7. Qlazur hazırlamaq üçün lazım olan ərzaqları mikser ilə çalın və soyumuş kekslərin üstünə qaşıq ilə tökün.
  8. Üzərinə banan dilimləri qoya bilərsiniz.

Nuş olsun!

Ballı kremli bananlı kekslər asan və tez hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10