
Ballı kremli bananlı kekslər
Ərzaqlar
- 240 qram un
- 150 qram şəkər
- 1 çay q. qabartma tozu
- Bir çimdik duz
- 120 qram kərə yağı
- 4 yumşaq banan
- 2 yumurta
- 1 çay q. vanil
- Qlazur üçün:
- 100 qram kərə yağı
- 200 qram şəkər tozu
- 1 xörək q. bal
- 1/8 çay q. üyüdülmüş darçın
Hazırlanması
- Bir qabda unu qabartma tozu ilə qarışdırıb üstünə şəkər, duz əlavə edin.
- Kərə yağı ilə yumurtanı başqa qabda çalın.
- Bananları qabıqdan təmizləyib pure halına gələnə qədər çəngəl ilə əzin və yağla yumurta qarışığına əlavə edin.
- Bu qarışığı una qatıb qarışdırın.
- Keks qablarını yağlayın və xəmiri qablara bölüşdürün.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə bişirin.
- Qlazur hazırlamaq üçün lazım olan ərzaqları mikser ilə çalın və soyumuş kekslərin üstünə qaşıq ilə tökün.
- Üzərinə banan dilimləri qoya bilərsiniz.
Nuş olsun!
Ballı kremli bananlı kekslər asan və tez hazırlanan şirniyyatdır.
ən son şərh