Ballı krem pendirli keks

Ballı krem pendirli keks

Ərzaqlar

  • Ballı keks üçün:

     

  • ½ fincan kərə yağı, otaq temperaturunda

     

  • ¾ fincan şəkər

     

  • 2 ədəd yumurta

     

  • ½ fincan un

     

  • 1 çay qaşığı qabartma tozu

     

  • ½ çay qaşığı duz

     

  • ½ fincan ayran

     

  • ¼ fincan bal

     

  • 1 çay qaşığı vanil

     

  • Ballı krem pendir dondurulması üçün:

     

  • ¾ fincan kərə yağı, otaq temperaturunda

     

  • 120 qram krem pendir

     

  • 3 fincan şəkər

     

  • 3 yeməkqaşığı bal

Hazırlanışı

  1. Sobani 175 dərəcə isidin və 12 ədəd kiçik keks qablarını hazırlayın.
  2. Orta ölçülü bir qabda unu, qabartma tozunu və duzu qarışdırıb kənara qoyun.
  3. Kiçik ölçülü bir qabda ayran, bal və vanili qarışdırıb bir kənara qoyun.
  4. Ayrıca bir qabda yağı və şəkəri mikserin orta sürəti ilə tam qarışanacan çalın.
  5. Yumurtaları bir-bir əlavə edin və hər dəfə kasanın kənarlarını təmizləyərək yaxşıca qarışdırın.
  6. Un qarışımını və ayranlı qarışımı növbə ilə əlavə edib tam qarışanacan çalın.
  7. Ucu kəsik krem torbasının köməyi ilə hazır xəmiri keks qablarına tökün.
  8. 18-20 dəqiqə bişirin.
  9. Diş çöpünün köməyi ilə bişib bişmədiyini yoxlaya bilərsiniz.
  10. Bişdikdən sonra 5 dəqiqə soyumasını gözlədikdən sonra tavadan çıxara bilərsiniz.
  11. Bir qabda yağı və krem pendiri tam qarışanacan mikserlə çalın.
  12. Şəkəri yavaş-yavaş əlavə edərək çalmağa davam edin.
  13. Balı əlavə edib qarışdırın.
  14. Hazır kremi ucu boru şəkilli krem torbasını icinə doldurub dairəvi hərəkətlərlə soyumuş kekslərin üstünü bəzəyin.
  15. Üzərinə sarı rəngli şəkər səpin.

Nuş Olsun!

krem pendirli keks xüsusi dadlı şirniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*