Balli almalı piroq

Balli almalı piroq

Ərzaqlar

  • 200 qram un

     

  • 100 qram kərə yağı

     

  • Bir çimdik duz

     

  • 1 ədəd limon

     

  • 3 ədəd alma

     

  • 200 qram bal

     

  • 3 yumurta

     

  • 1 çimdik darçın

     

  • 1xörək q. araxis

Hazırlanması

  1. Un, kərə yağı və duzu qarışdırın və ovulan xəmir hazırlayın.
  2. Üstünü ötrün və 1 saat sotyuducuda saxlayın.

     

  3. Lomonun qabığını təmizləyin, sürtgəcdən keçirin və şirəsini çıxardıb qarışdırın.
  4. Üzərinə 3 yumurta, darçın, 1 xörək q. un əlavə edin və qarışdırın.
  5. Balı da bu qarışığa qatıb qarışdırın.
  6. Sonra arada bir qarışdırmaq şərti ilə  20 dəqiqə kənara qoyun.
  7. Soba qabını yağlayın.
  8. Xəmiri 2-4mm qalınlığında  yayıb qaba elə yerləşdirin ki, divarları da tutulsun.
  9. Bir neçə yerdən çəngəl ilə deşin.
  10. Almaları yuyun, qabıqlarını və tumunu təmizləyin və dilim formasında doğrayın.
  11. Xəmirin üstünə sıx formada düzün.
  12. Əvvəlcədən isidilmiş 200 dərəcəli obada 15 dəqiqə bişirin.
  13. Sobadan çıxartmamaq şərti ilə  ballı qarışığı almaların üstünə tökün.
  14. Sobanın istiliyin 160 dərəcəyə endirib 30 dəqiqə də bişirin.
  15. 10 dəqiqə bişməyinə qalmış araxisləri üstünə səpin.

Nuş olsun!

Balli almalı piroq çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10