
Balıqlı Hinduşka
Balıqlı Hinduşka
Ərzaqlar
- 600 q qızardılmış hinduşka əti
- 1 ədəd siyənək balığı
- 1-2 baş soğan
- 2 yumurta
- 1 st. qaymaq
- 4 ç.q. suxarı
- 50 q kərə yağı
- duz
- ədviyyat
- göyərti
Hazırlanması
- Hinduşka ətini və siyənək balığını, soğanı kubik doğrayın, qarışdırıb iki dəfə ət maşınından keçirin.
- Ədviyyat, duz, 2 çiy yumurtanın sarısını əlavə edib qarışdırın.
- 2 yumurtanın ağını qaymaqla ayrıca çalıb, sonra ət qarışığına əlavə edin.
- Alınan qiyməni yağlanmış və suxarı səpilmiş siniyə qoyun, üzərinə yağ çəkin və sobada bişirin.
- Hazır olandan sonra doğranmış göyərti ilə bəzəyin. Yanında ketçup və kartof qızartması, püre, düyü verə bilərsiniz.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh