Balıq Ləvəngi

Balıq Ləvəngi

Balıq Ləvəngi

Ərzaqlar:

  • 6-8 porsiya üçün nəzərdə tutulub
  • 1 ədəd iri kütüm
  • 1 ədəd iri baş soğan
  • 1 ½ stəkan qoz ləpəsi

    Balıq Ləvəngi2

    Balıq Ləvəngi2

  • 2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
  • zövqə görə duz
  • zövqə görə istiot

Hazırlanması:

  1.  Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.
  2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.
  3. Sobanı 180˚C-dək qızdırın.
  4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.
  5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.
  6. Yanında narşarabla süfrəyə verin.

Nuş olsun!

Hakkında:  Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər  balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.

Ləvəngi  balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10