Balıq Blinçiki

Balıq Blinçiki

Balıq Blinçiki

Ərzaqlar:

  • 1,5-2 stəkan un
  •  0,5 litr süd
  •  3 ədəd yumurta
  •  1 x.q. şəkər tozu
  •  1-2 x.q. bitki yağı
  •  duz

İç üçün:

  • 300-350 qram balıq filesi
  •  150 qram pendir
  •  200-250 qram xama
  •  0,5-0,75 stəkan süd
  •  kərə və ya bitki yağı
  •  şüyüd
  •  duz, istiot


Hazırlanması:

  1. Blinçikləri bişirib, iç hazırlamağa başlayın.
  2.  İç hazırlamaq üçün: balığın filesini yuyub, xırda kub formasında doğrayın. Göyərtini təmizləyib, xırdalayın. Soğanı yarım halqa formasında doğrayıb, yağda qızardın. Üzərinə döğranılmış balığı əlavə edib, 4-5 dəqiqə ərzində bişirin. Balığın üzərinə un səpib, qarışdıraraq 1 dəqiqə ərzində qızardın. Sonra xama əlavə edib, qaynayana qədər bişirin. Üzərinə süd töküb, qarışdırın. Sous nə qatı, nə də çox sulu olmamalıdır.
  3.  Sousun üzərinə duz, istiot və doğranılmış şüyüd səpib, qarışdırın.
  4.  Blinçikin üstünə 1-2 xörək qaşığı balıq sousu qoyub, üzərindən sürtkəcdən keçirilmiş pendir səpin. Sonra blinçikləri torba şəklində səliqəli büküb, ağzını göy soğanla bağlayın.
  5. Hazırladığınız blinçikli torbaları yağlanmış xüsusi forma qabına yerləşdirib, 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.

Nuş olsun !

Hakkında:  Maraqlı və fərqli dada malik olan bu yemək Rus məbəxinə aiddir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10