Bakı qurabiyyəsi

Bakı qurabiyyəsi

Bakı qurabiyyəsi

Ərzaqlar

  • Kərə yağı – 350 gr
  • (marqarinlə məsləhət bilmirəm, dadı yaxşı olmayır)
  • Şəkər tozu – 160 gr
  • Un – 600 gr
  • Yumurta ağı -1 d.

Hazırlanması

  1. Kərə yağını şəkər tozu ilə mükəmməl qarışdırın, sonra yumurtanın ağını əlavə edib, çalın. Sonda ələnmiş un vurulur və yenə çalınır. Yaxıntılı konsistensiya alınmalıdır.
  2. Xəmir romaşka formada üstündə yağlı kağız olan listə çökdürülür.
  3. Romaşkanın ortasında oyug açılır və oraya meyvə püresi (povidlo) qoyulur. Aydın görünmək üçün pürenin rəngi tünd olmalıdır.
  4. Olar sarı rəngdə də – qaysı mürəbbəsi. Qurabiyyə 250 dərəcədə təhminən 10 dəq. bişirilir. Tez bişdiyi üçün yanmasın deyə yanında olun.

Nuş olsun!

Hakkında: Çayla içəbiləcəyiniz gözəl seçimlərə daxildir bu qurabiyə.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10