Bağlı almalı piroq

Bağlı almalı piroq

Ərzaqlar

  • 200 qram kərə yağı

     

  • 100 qram şəkər

     

  • 1 çimdik duz

     

  • 1 yumurta

     

  • 350 qram un

     

  • Iç üçün:

     

  • 8 ədəd alma

     

  • 200 qram alma şirəsi

     

  • 1/2 sürtgəcdən keçirilmiş limon qabığı

     

  • 100 qram şəkər

     

  • 2 çimdik üyüdülmüş darçın

     

  • 1 çay q. vanil

     

  • Sirop:

     

  • 1 çay q. limon şirəsi

     

  • 3 xörək q. şəkər tozu

     

  • Üzərinə

     

  • 100 dənə qoz ləpəsi

     

  • 100 qram şəkər

Hazırlanması

  1. Bir qaba 8 almanın qabığını soyun, xırda formada doğrayın, üzərinə alma şirəsi və şəkər əlavə edin, odda 10 dəqiqə yumşalana qədər bişirin (bişməsi almanın sortundan asılıdır).
  2. Bişdikdən sonra, sürtgəcdən keçirilmiş limon qabığı, darçın və vanil əlavə edin, qarışdırın və soyumaq üçün kənara qoyun.
  3. Xəmiri hazırlamaq üçün yağı digər ərzaqlar ilə qarışdın  və əllə xəmir yoğurun.
  4. Ehtiyac olarsa 1-2 xörək q. su əlavə edə biləsiniz.
  5. Üstünü qida kağızı ilə örtün və 30 dəqiqə soyuducuda saxlayın.
  6. Sonra xəmirin təxmini 1/4 hissəsini kənara qoyun.
  7. Qalan xəmiri əvvəlcədən yağlanmış soba qabına əlinizi unlayaraq yayın.
  8. Xəmiri qaba elə yerləşdirin ki, qabın kənarları da tutulsun.
  9. Üzərinə içi elə paylaşdırın  ki, hər tərəfinə yayılsın.
  10. Xəmirin qalan 1/4 hissəsini yayın və piroqun üstünü bağlayın.
  11. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
  12. Hazır olduqda üstünü bəzəmək üçün limon şirəsi və şəkər tozunu qarışdırıb odda sirop bişirin.
  13. Ayrı qabda odda şəkəri əridin və qozları xırda formada doğrayıb şəkərə əlavə edin.
  14. Piroqun üstünü gözlə 8 hissəyə bölün və bir hissəsinə şirəli qoz, digərinə limonnu sirop tökün.

Nuş olsun!

Bağlı almalı piroq şirniyyatı çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10