Badımcanlı Makaron

Badımcanlı Makaron

Badımcanlı Makaron

Ərzaqlar

  • Yarım su stəkan makaron
  • Kifayət edəcək qədər su
  • 3 ədəd orta ölçülü badımcan
  • 4 xörək qaşığı duru yağ
  • 1 xörək qaşığı kərə yağı
  • 1 ədəd kiçik ölçülü soğan
  • 250 qram qıyma
  • 3-4 ədəd incə doğranmış uzunsov bibər
  • 1 çay qaşığı tomat
  • 2-3 budaq yaşıl reyhan
  • Duz
  • İstiot

Hazırlanması

  1. Makaronu duzlu suda qaynadıb süzdükdən sonra qırağa qoyun.
  2. Badımcanları ikiyə bölüb içlərini çıxarın.
  3. İçlərinə duru yağ sürtün.
  4. Əvvəldən isidilmiş 180 dərəcə sobada yüngülcə qızarana qədər bişirin.
  5. Kərə yağını əridib incə doğranmış soğanı rəngi dəyişənə qədər qovurun. Üzərinə qıymanı əlavə edin.
  6. 5 dəqiqə sonra uzunsov bibər və tomatı əlavə edin.
  7. Bibər bir az qovrulunca incə doğranmış pomidor, duz və qara bibəri əlavə edin.
  8. Bir neçə dəqiqə sonra qaynadılmış makaronu əlavə edin. 2-3 dəqiqə bişirib kənara qoyun.
  9. Sobada yüngülcə bişirdiyiniz badımcanların içinə makaronlu içliyi əlavə edin.
  10. Bir soba qabına yerləşdirib əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.
  11. Reyhan yarpaqları ilə bəzəyərək servis edin..

Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10