Badımcan Dolması

Badımcan Dolması

Badımcan Dolması

Ərzaqlar:

  • 500 gr qoyun ya da mal qiyməsi (50/50 də olar)
  •  200 gr çıkilmiş baş soğan
  •  3 orta badımcan
  •  3 orta yetişmiş sulu pomidor
  •  3 bolgar istiotu (bibər)
  •  Duz
  •  İstiot
  •  Darçın


Hazırlanması:

  1. Badımcanı təmizliyib ortasından (iç tərəfindən) kəsin, duzlayın və 1-2 saatlıq kənara qoyun. Əti soğanla qarışdırın, və duzç istiot və darçın ilə ətə əlavə edin.
  2. Tavaya 2-3 qaşıqsu töküb əti tavaya salın. Qaynayan kimi orta alovda qoyun və əti qarışdırarək bişirin. Ət kiç olmamaq üçün, ət yaxşı qarışdırılmalıdır.
  3. Su buxarlanandan sonra, yaq əlavə edib əti qızardın. Əti soyudun. Badımcanları yuyun, qurudun və orta alovda qızardın, bir müddəttavanın üstünü qapaqla örtün, badımcanın içi bişmək üçün. 15-20 dəqiqə qızardın.
  4. Soyudmaq üçün qırağa qoyun. İstiotların baş tərəfini kəsib (amma axıray kimi yox, üstü qapaq kimi qalmalıdır), içini tumlardan təmizləyin, 5 dəqiqə qaynar duzlu suda saxlayin. İstiotları soyudun.
  5. Pomidorların baş tərəfindən kəsinş Yenə də axıra kimi yox, qapaq kimi qalmalıdır. Çay qaşığı ilə pomidorların içini təmizləyin, amma içlərini tullamayın, sizə lazım olacaq.
  6. Pomidorun içini duzlayın. Badımcanın, pomidorun və istiotun içini qiymə ilə doldurub tavaya yığın.
  7. Tavaya əvvəlcədən yağ tökün. Badımcandan da yağ qalıbsa, onu da tavaya tökə bilərsiniz. Pomidorun içindən qalmışları xırdalayın və tavaya tökün. Tavanı əvvəlcə bərk alovun üstünə qoyun, pomidor sırəsi qaynayan kimi, alovu azaldın və qapaq qoyun. 1-1,5 saat bişirin, pomidorlar yumuşalanadək. Amma ötürülməsin, çünki əks halda badəmcan və pomidoru boşqaba yığmaq mümkün olmayacaq

Hakkında:  Azərbaycan mətbəxinin məhşur yeməklərindən olan badımcan dolmasının içinə bişmiş ləpə də əlavə edirik- çox ləzzətli olur. Bu, Naxçıvan zonasının variantıdır. Dolmalıq badımcanların hazırlanma qaydası rayondan rayona, hətta ailədən ailəyə dəyişir. Kimi badımcanı əvvəlvə suda pörtür, kimi qızardır, kimi toxumunu çıxardır, kimi çıxartmır, kimi badımcanın papaq hissəsini kəsir və içini təmizləyib doldurur, kimi isə bir tərəfini kəsir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10