Badamlı piroq
Ərzaqlar
- Tərkibi:
- 100 qram un
- 100 qram badam
- 100 qram kərə yağı
- 60 qram şəkər
- 50 qram şəkər pudrası
- 1 yumurta
- 500 qram 35%-li qaymağ
- 10 qram jelatin
- 30 qram rom
- 600 qram çiyələk
- ½ paket qabartma tozu
- ½ paket vanil
Hazırlanması
- Badamı qaynar suda isladın və qabığın soyun.
- Qazda bir az qovurub xırda xırda dığrayın.
- Üzərinə un, qabartma tozu, şəkər və yağı sürtgəcdən keçirdib qatın.
- Bunları biçaqla yaxşı umac halına gətirin.
- Üzərinə 1 ədəd yumurta, 3 xörək qaşığı rom əlavə edib xəmiri kündələyin. 30 dəqiqə soyuducuda saxlayın.
- Yanları hündür olan dairə formasında soba qabın yağlayın və xəmiri əllə ora yayın.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin.
- Kremi hazırlamaq üçün qaymağı mikserlə çalın. Qaymağ bərkiyəndə şəkər pudrası və vanil əlavə edin.
- Jelatini su ilə qarışdırıb qazda tam həll olanadək qarışdıırın. Kremə əlavə edin.
- Kremi xəmirin üsdünə əlavə edin.
- Üzərinə çiyələkləri düzüb və şəkər pudrası səpə bilərsiniz.
Nuş Olsun!
ən son şərh