
Badamlı Halva
Badamlı Halva
Ərzaqlar
- 9 qəhvə fincanı qovrulmuş manna yarması
- 4 qəhvə fincanı kərə yağı
- 100 qr ağ badam
- 3 su stəkanı şəkər
- 4 su stəkanı süd
- 1 paket vanilÜzəri üçün:
- 3-4 xörək qaşığı badam dadlı likör və ya darçın
- 2 xörək qaşığı şəkər
Hazırlanması
- Qalın, yaxşı istilik keçirən dərin bir qazanda kərəyağını əridib badamı 2 dəqiqə qovurun.
- Manna yarması əlavə edib batıq atəşdə davamlı qarışdıraraq qovurun.
- Bu əməliyyatı ən az 25-30 dəqiqə davam etdirin.
- Başqa bir qazanda şəkəri, südü və vanili qarışdırıb qaynadın.
- Qarışığa qovrulmuş manna yarması əlavə edib qarışdırın.
- Qazanın qapağını bağlayın və batıq atəşdə suyunu tamamilə çəkənə qədər bişirin.
- Halva bişdikdə üzərinə 2 xörək qaşığı şəkər səpin.
- Qazanın üzərinə parça və ya əmici bir kağız örtərək qapağını bağlayıb dəmlənməyə qoyun.
- Ilıq olduqda geniş və düz bir qoşqaba bəzəyərək qoyun.
- Üzərinə likör töküb və ya darçın səpib süfrəyə təqdim edin..
Hakkında: badamlı halva asan hazırlanan şirniyyatdır. Nuş Olsun!
ən son şərh