Badamlı bizeli tort

Ərzaqlar

  • Tərkibi:
  • 3 yumurta
  • 200 qram badam
  • 75 qram şəkər
  • 12 qram nişasta
  • ½ paket vanil
  • 150 qram süd
  • 130 qram kərə yağı
  • 90 qram şəkər pudrası

Hazırlanması

  1. Badamları qaynar su ilə isladıb 10 dəqiqə saxlayın. Suyun boşaldın və badamların qabığın soyun.
  2. Sobanı 90 dərəcə qızdırın. Sobada badamları 1 saat qurudun və blendirdə ovuntu halına gətirin.
  3. Yumurta ağın sarıdan ayırın və ağı soyuducuya qoyun.
  4. Südü şəkərlə mikserlə çalın üzərinə nişasta və yumurta sarısın əlavə edin.
  5. Aşağı temperaturda qazda qatılaşanadək qarışdırın.
  6. Yumurta ağın mikserlə köpük halınadək çalın və şəkər pudrasın əlavə edib çalmağa davam edin.
  7. Üzərininəm 150 qram badam əlavə edin.
  8. Sobanı 175 dərəcə qızdırın.
  9. Perqament kağızdan diametri 20 sm olan 2 ədəd dairə kəsin. Qida torbası və ya pinqvin salafanla yumurta ağın kağıza töküb piçaqla yayın. 20 dəqiqə sobada bişirin.
  10. Krem üçün yağı mikserlə çalın üzərinə yumurta sarısı olan qarışığı əlavə edin.
  11. Tortu hazırlamaq üçün bişmiş kojları kremləyib üst-üstə yığın. Kənarların qalan badam ovuntusu ilə örtün.
  12. Üsdünü isdəyə görə şokolad və badamla bəzəyə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10