Avokado Dolması

Avokado Dolması

Avokado Dolması

Ərzaqlar

  •  3 yetişmiş avokado (mütləq yetişmiş)
  • 300 q toyuq filesi
  • 150 q pendir
  • 2-3 x.q. xama və ya mayonez
  • duz

Hazırlanması

  1. Toyuğun filesini bişirin (qaynara düşəndən sonra daha 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın.
  2. Avokado çox bərk və ya çox yumşaq olmamalıdır. Onları ikiyə bölün. Çərdəkini atın. Lətini çıxarıb xırda doğrayın.
  3. Pendiri sürtgəcin xırda gözündən keçirin.
  4. Toyuq əti ilə avokadonu qarışdırıb azca duz vurun. Xama əlavə edib qarışdırın. İçi çıxarılmış avokadoların içinə doldurun. Üzərinə pendir səpin. Siniyə düzün.
  5. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Pendir əriyən kimi yemək hazır olacaq. (Avokado qabıqları yeməli deyil).

Haqqında: avokado dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10