asan pizza

asan pizza

Asan Pizza

Ərzaqlar:

  • 12 dilim kəpək çörəyi
  • 200 qr yağsız dana əti qiyməsi
  • 200 qr göbələk
  • 2 acı bibər
  • 1 soğan
  • 1 iri pomidor
  • 3-4 diş sarımsaq
  • 1 xörək qaşığı kərə yağı
  • 12 xörək qaşığı rəndələnilmiş yağsız pendir
  • duz, istiot, kəklikotu

Hazırlanması:

  1. Soğanı incə incə doğrayın, sarımsaqları əzin.
  2. Bibərləri halqa halqa dilimləyin.
  3. Teflon tavada kərəyağını əridib soğan, sarımsaq və bibərləri qovurun.
  4. Göbələkləri dilimləyip tavaya əlavə edin.
  5. 1-2 dəqiqə daha qovurduqdan sonra qiyməni əlavə edib qarışdırın.
  6. Qiyməni yaxşıca qovurulduqdan sonra rəndələnilmiş pomidoru, qara bibəri, kəklikotunu və duzu əlavə edin.
  7. Pomidor yumşalana qədər bişirin.
  8. Kəpək çörəklərini çörək qablarına düzün.
  9. Hazırladığınız qiyməli qarışığı çörəklərin üzərinə tökün.
  10. Hər dilimin üzərinə bir xörək qaşığı yağsız pendir rəndəsi səpib orta dərəcəli sobada pendir əriyənə qədər bişirin.
  11. Süfrəyə isti təqdim edin.

Nuş Olsun!

 

2 Comments

  1. bu pizzanin uzerindeki qara halqavari doqranmis nedi reseptde yoxdur

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10