
Asan hazırlanan meyvəli milföy
Ərzaqlar
- 8 ədəd milföy xəmiri
- 4 dilim ananas (arzuya görə 2 ədəd şaftalı)
- 4 yemək qaşığı çiyələk mürəbbəsi
- Kremi üçün:
- 500 ml. süd
- 3 yemək qaşığı qədər şəkər
- 1 yemək qaşığı qarğıdalı nişastası
- 2 yemək qaşığı un
- 1 çay qaşığı vanil
- 1 ədəd orta ölçüdə rəndələnmiş limon qabığı
- 2 yemək qaşığı krem şanti
- Servisi üçün:
- 2 yemək qaşığı pudra şəkəri
Hazırlanması
- Milföy xəmirlərini yağlı kağız sərili soba qabına yerləşdirin.
- Çox qabarmaması üçün çəngəl köməyi ilə yüngül deşməlisiniz.
- Əvvəlcədən isidilmiş 190 dərəcə sobada 20 – 25 dəqiqəyə qədər bişirməlisiniz.
- Kremi üçün ələnmiş un və nişastanı balaca qazana qoyun.
- Şəkər, rəndələnmiş limon qabığı, vanil və soyuq südü əlavə edin.
- Az temperaturda qaynayana qədər qarışdıraraq bişirin.
- Soyuması üçün kənara qoyduğunuz krem qarışımına krem şanti əlavə edib mikser ilə çırpın.
- Təmizlənmiş və dilimlənmiş ananasları iri kvadratlar şəklində kəsin.
- Soyuyan qızarmış milföy xəmirlərindən bir dənəsini servis boşqabına qoyun.
- Orta hissəsinə krem sıxın.
- Ananas parçaları və çiyələk mürəbbəsi ilə bəzəyə bilərsiniz.
- Üzərinə bir qat qızarmış milföy xəmiri örtərək tortu tamamlayın.
- Digərlərini də eyni qaydada edin.
- Üzərlərini ələnmiş pudra şəkəri ilə bəzədikdən sonra servis edə bilərsiniz.
Nuş olsun!
Asan hazırlanan meyvəli milföy şirniyyatının hazırlanması zaman alsa da, asan hazırlanan şirniyyatlardandır.
ən son şərh