Arzuman küftəsi1

Arzuman küftəsi1

Arzuman küftəsi

Ərzaqlar:

  • 1 kq çəkilmiş qoyun əti
  • 3 ədəd baş soğan
  • 6 ədəd yumurta
  • 1ç.q sumaq
  • Keşniş, şüyüd
  • Duz
  • Istiot

Hazırlanması

  1. Yumutranı suda tam bişirib qabığını təmizləyirik.
  2. Soğanı sürtgəcdən ya blenderdən keçiririk. (Ya da əti soğanla bir maşından keçiririk )
  3. Ətə soğanı, duz və istiotu əlavə edib az soyuq su da töküb yaxşı qarışdırırıq. 30 dəqiqə soyudicuda saxlayırıq. Ətdən götürük əlimizdə böyük küftə düzəldirik və onu yayırıq.
  4. Ortasına yumurtanı qoyub kənarlarını örtürük. Bu şəkildə küftələrin hamısını düzəldirik.
  5. Qaba yığılmış küftənin üstünə 1 st su ya da bulyon töküb yeməyi bişməyə qoyuruq.
  6. Suyu az qalana qədər o tərəf bu tərəfini çevirib vam odda bişiririkArzuman küftəsi2
  7. Arzuman küftəsini süfrəyə verdikdə üstünə keşniş ilə şüyüdü xırda doğrayıb tökürük. Yanında isə sumaq veririk.

Nuş Olsun!

Hakkında:  Arzuman küftəsi xörək növüdür. Azərbaycanın milli xörəklərindəndir

 

2 Comments

  1. Arzu Zeynalova says:

    Gornusu pis deyil sabah purob edecem

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10