
Arzuman küftəsi1
Arzuman küftəsi
Ərzaqlar:
- 1 kq çəkilmiş qoyun əti
- 3 ədəd baş soğan
- 6 ədəd yumurta
- 1ç.q sumaq
- Keşniş, şüyüd
- Duz
- Istiot
Hazırlanması
- Yumutranı suda tam bişirib qabığını təmizləyirik.
- Soğanı sürtgəcdən ya blenderdən keçiririk. (Ya da əti soğanla bir maşından keçiririk )
- Ətə soğanı, duz və istiotu əlavə edib az soyuq su da töküb yaxşı qarışdırırıq. 30 dəqiqə soyudicuda saxlayırıq. Ətdən götürük əlimizdə böyük küftə düzəldirik və onu yayırıq.
- Ortasına yumurtanı qoyub kənarlarını örtürük. Bu şəkildə küftələrin hamısını düzəldirik.
- Qaba yığılmış küftənin üstünə 1 st su ya da bulyon töküb yeməyi bişməyə qoyuruq.
- Suyu az qalana qədər o tərəf bu tərəfini çevirib vam odda bişiririk.
- Arzuman küftəsini süfrəyə verdikdə üstünə keşniş ilə şüyüdü xırda doğrayıb tökürük. Yanında isə sumaq veririk.
Nuş Olsun!
Hakkında: Arzuman küftəsi xörək növüdür. Azərbaycanın milli xörəklərindəndir
Gornusu pis deyil sabah purob edecem
tdfg